• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Berlin aeroportunda onlarla reys GECİKİR

DÜNYA

23 Dekabr 2023 | 21:20

Berlin aeroportunda onlarla reys GECİKİR

Villi Brandt adına Berlin-Brandenburq Beynəlxalq Hava Limanında (BER) proqram təminatı nasazlığı səbəbindən onlarla reys gecikir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Milad bayramına bir gün qalmış onlarla təyyarə havaya qalxmağı gözləyir. Sərnişinlərə məlumat verilib ki, Berlin hava limanında proqram təminatında nasazlıq olub. Bir çox səyahətçi qar yağdığından baqajlarını təyyarəyə yerləşdirə bilməyib.

Qeyd edək ki, şənbə günü Berlində əlverişsiz hava şəraiti müşahidə olunur. Səhər saatlarından yağan yağış bəzi hallarda sulu qara keçir. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR