• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İmperatorun qızı Qırmızı Xaç Cəmiyyətində işləyəcək

DÜNYA

22 Yanvar 2024 | 18:26 | Müəllif: Subhan Mahmudov

İmperatorun qızı Qırmızı Xaç Cəmiyyətində işləyəcək

Yaponiya İmperatoru Naruhitonun qızı şahzadə Ayko aprelin 1-dən Yaponiya Qırmızı Xaç Cəmiyyətində işləməyə başlayacaq

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İmperator Sarayı Administrasiyası məlumat yayıb.

Şahzadə hazırda 2020-ci ildə daxil olduğu Qakusyuin Universitetinin Filologiya fakültəsində təhsil alır. Orada yapon ədəbiyyatını öyrənir, həmçinin ingilis və ispan dillərində kurslar keçir. O, mart ayında universiteti bitirməlidir, sonra isə Qırmızı Xaç Cəmiyyətində müqavilə əsasında çalışacaq.

Yaponiya Qırmızı Xaç Cəmiyyəti bütün ölkə üzrə xəstəxanaları, qan mərkəzləri, həmçinin tibb bacıları üçün təhsil müəssisələri var. Orada bütün Yaponiya üzrə 60 mindən çox işçi çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026