• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Livandan İsrailə 35 raket atılıb

DÜNYA

23 Noyabr 2023 | 17:38

Livandan İsrailə 35 raket atılıb

​​​​​​Livandan İsrail ərazisinə 35 raket atılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada bildirilir.

Açıqlamada Livan ərazisindən İsrail sərhədindəki bölgələrə çoxlu sayda tank əleyhinə raket, minaatan və 35 raket atıldığı, raketlərin bir hissəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyi qeyd olunur. İtkilər barədə məlumat verilməyib.

Hücumlar səbəbilə sərhəd bölgəsinin əksəriyyətində siren səsləri eşidilib. İsrail Müdafiə Qüvvələri də havadan və qurudan edilən hücumlara cavab verdiklərini və Hizbullahın reaktiv yaylım atəşi sistemlərinin vurulduğunu açıqlayıb. Hücumlara görə məsuliyyəti üzərinə götürən Hizbullah tərəfindən verilən açıqlamada İsrailə 48 raket atıldığı bildirilib.

Xatırladaq ki, İsrailin dünən Livanın cənubunda bir evə endirdiyi hava hücumunda 5 yüksək rütbəli Hizbullah üzvü öldürülüb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR