• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsrail Qəzzada quru əməliyyatını dayandırır - İDDİA

DÜNYA

23 Dekabr 2023 | 14:37 | Müəllif: Subhan Mahmudov

İsrail Qəzzada quru əməliyyatını dayandırır - İDDİA

İsrail ordusunun yaxın həftələrdə Qəzza zolağına qurudan hücumlarını dayandırmağa hazırlaşdığı bildirilib. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb. 

"Əməliyyat uğurlarına görə, İsrail ordusu yaxın həftələrdə Qəzzada münaqişənin üçüncü mərhələsinə keçməyə hazırlaşır", - KİV öz mənbəsinə istinadən məlumat paylaşıb. 
 
Üçüncü mərhələ Qəzza zolağında quru manevrinin dayandırılması, qüvvələrin azaldılması, ehtiyat qüvvələrin tərxis olunması və İsrail ilə Qəzza zolağı sərhədində bufer zonasının yaradılmasını əhatə edir. Xəbərdə həmçinin İsrail ordusunun "Qəzza zolağının şimalındakı ərazinin çox hissəsini nəzarətə götürdüyü, lakin cənub bölgəsində irəliləməkdə böyük çətinliklərlə üzləşdiyi" paylaşılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR