Adanada xoruz döyüşdürən 32 nəfər 205 min 600 lirə cərimələnib.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yavuzlar məhəlləsindəki iş yerlərindən birində baş verib.
Polis mülki geyimdə məkana daxil olaraq mərcə qoşulmaq istədiyini bildirib. Xoruş döyüşü başladıqdan sonra isə hadisəni telefonla çəkərək bölməyə göndərib.
Əraziyə gələn polis qrupları məkanı mühasirəyə alıblar. Mərcdə iştirak edənlər cərimələnib.
İş yerinin sahibi İlyas Ş. barəsində “qumar üçün yer və fürsət yaratmaq” maddəsi ilə cinayəti işi açılıb. 80 baş xoruzu Milli Parka təhvil verib.
Günəş Mərd
















