ABŞ-ın üçdə ikisini əhatə edən arktik soyuqda itkin düşən 23 xizəkçi sağ-salamat tapılıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yanvarın 20-də Vermont ştatında xizək sürmək üçün dağlıq bölgəyə gediən 6-sı uşaq olmaqla 23 nəfər sağ-salamat tapılıb.
Polis altısı uşaq olmaqla cəmi 21 nəfərin itkin düşdüyünü müəyyən etdiyini, daha sonra daha 2 xizəkçinin itkin düşdüyünə dair xəbər aldıqlarını və səylər nəticəsində cəmi 23 nəfərin xilas edildiyini bildirib.
Polis qeyd edib ki, kənddə itmək və ya xəsarət almaq (aşağı) temperaturlara görə faciəvi ola bilər.
ABŞ-ın şərq və mərkəzi ştatlarına təsir edən qütb soyuqluğu davam edir.
Ay Tac
















