• Bakı 13° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Mark Zukerberqin yeni gündəmi süni intellektdir

DÜNYA

22 Yanvar 2024 | 12:52

Mark Zukerberqin yeni gündəmi süni intellektdir

Mark Zukerberqin uzun müddət texnologiya dünyasının gündəmində qalan MetaVerse ideyası zamanla cazibəsini itirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mövcud texnologiyanın təsəvvür edildiyi kimi MetaVerse dünyasını yarada bilməyəcəyini başa düşmək bir çox şirkətin bu məsələyə əyləc qoymasına səbəb olub.

Məlumata görə, bu sahədə əhəmiyyətli gəlir gətirən bir layihənin ortaya çıxması üçün illər lazım ola bilər. Lakin Mark Zukerberq bu məsələdə geri çəkilməkdən imtina edib.

MetaVerse layihəsini həyata keçirmək üçün Metanın bütün resurslarından istifadə edən Zukerberq uzun müddətdir bu layihədən danışır. Ancaq görünən odur ki, süni intellekt çılğınlığı Zukerberqin diqqətini yayındırıb. Çünki Mark Zukerberq bu günlərdə MetaVerse əvəzinə süni intellekt haqqında danışmağa başlayıb.

ChatGPT-nin böyük uğuru "Google"dan Elon Maska, "Microsoft"dan "Apple"a qədər bir çox fərqli aktyorun bu sahədə öz layihəsini həyata keçirmək istəməsinə səbəb olan süni intellekt çılğınlığına səbəb oldu. Belə görünür ki, Mark Zukerberq də bu yarışdan kənarda qalmayacaq. Çünki o, AGİ-ni yaradan şəxs olmaq yarışına qatıldığını açıqlayıb.

AGI, yəni "Ümumi Süni İntellekt" insanlardan, demək olar ki, fərqlənməyən koqnitiv qabiliyyətlərə malik süni intellekti təsvir etmək üçün istifadə olunur. Bu sahədə çalışan bütün şirkətlər, xüsusilə OpenAI, AGI olaraq təyin oluna biləcək qədər inkişaf etmiş süni intellekt yaratmağa çalışır. İndi Zukerberqin istəyi ilə Meta da bu yarışa qoşulub. Bu, Metanın süni intellekt departamentinin bundan sonra daha çox investisiya alacağına işarədir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026