Kanadanın Ontario şəhərində atışma olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində üçü uşaq olmaqla beş nəfər həlak olub. Daha bir nəfər yaralanıb.
"Əməliyyatçılar və müstəntiqlər iki evdə baş verən beş ölüm faktını araşdırmağa davam edir", - məlumatda deyilir.
Polisin məlumatına görə, hər iki hadisə bir-biri ilə əlaqəlidir və məişət zorakılığı nəticəsində baş verib.
















