"Putin Avropa və ABŞ liderləri ilə görüşməyi planlaşdırmır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Vladimir Putin Fələstin-İsrail arasında gedən münaqişə ilə bağlı Avropa və ya ABŞ dövlət başçıları ilə əlaqə yaratmağı planlaşdırmır. Putinin Avropa ölkələri və ABŞ-nin dövlət başçıları ilə danışıqlar aparması mümkündürmü? sualını cavablandıran Peskov: "Yox. Danışıqlarla bağlı planımız yoxdur", - deyə cavab verib.
Rusiya prezidenti daha əvvəl telefon danışıqları zamanı Türkiyə lideri Rəcəb Tayib Ərdoğanla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Danışıqlar zamanı prezidentlər regionda yaranan humanitar böhranın genişlənməsindən narahat olduqlarını bildiriblər.
İsmayıl Alısoy















