• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Dünya uçurumun astanasındadır - Quterreş

DÜNYA

25 Oktyabr 2023 | 08:19 | Müəllif: Qalib İbrahimoğlu

Dünya uçurumun astanasındadır - Quterreş

Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir.

 Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə X sosial platformasında yazıb.

“Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, - deyə baş katib bildirib.

Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026