• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT-nin fövqəladə iclası keçirilir - YENİLƏNİB

DÜNYA

24 Oktyabr 2023 | 21:08

BMT-nin fövqəladə iclası keçirilir - YENİLƏNİB

ABŞ-nin Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının iclası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, toplantının əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, o cümlədən regionda davam edən müharibədir.

Bildirilib ki, toplantı açıq debat formasındadır.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

17:53

BMT Baş Assambleyası İsraillə HƏMAS arasındakı münaqişəni müzakirə etmək üçün xüsusi fövqəladə iclas keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, fövqəladə iclasın cümə axşamı BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, ötən həftə BMT Təhlükəsizlik Şurası münaqişədə humanitar fasiləyə çağıran qətnamə qəbul edə bilmədiyindən, İordaniya və digər ərəb ölkələri Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi üçün müraciət ediblər.

Təhlükəsizlik Şurasının on beş üzvündən on ikisi qətnamənin lehinə səs verib. ABŞ qətnamədə İsrailin özünümüdafiə hüququnun qeyd olunmadığını bildirərək qətnaməyə veto qoyub.

BMT Baş Assambleyasının xüsusi fövqəladə iclasında 193 üzv ölkənin hər hansından nümayəndələr iştirak edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026