• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Qadın səkkizinci mərtəbədən yıxıldıqdan sonra sağ qalıb

DÜNYA

25 Sentyabr 2023 | 00:21

Qadın səkkizinci mərtəbədən yıxıldıqdan sonra sağ qalıb

Rusiyanın Həştərxan vilayətinin Aleksandro-Marinsk xəstəxanasının həkimləri səkkizinci mərtəbənin pəncərəsindən yıxılan qadının həyatını xilas edə biliblər.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmiş mənzilində pəncərələri yuyarkən yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər ona beyin travması, kürək, onurğa və çanaq sümüklərinin sınığı, qaraciyərin cırılması, döş sümüyünün və qabırğaların qapalı sınığı diaqnozu qoyublar.

“Belə pasientlərin sağ qalma nisbəti çox aşağıdır, ona görə də onu xilas etmək üçün bütün gücümüzü səfərbər etmişik. Xəstəxananın bütün işçiləri onun həyatı uğrunda mübarizə apardı”, - deyə həkim travmatoloq Vladimir Şevçuk bildirib.

Hadisədən bir ay sonra zərərçəkmişin vəziyyəti stabilləşib. Hazırda onun sol ayağının hərəkət funksiyaları tam bərpa olunub, lakin o, hələ yeriyə bilmir.


SON XƏBƏRLƏR