İsrailin Hərbi Hava Qüvvələri Livan ərazisinə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində Dov dağı ərazisindəki terrorçu dəstə və silah anbarları məhv edilib.
Əməliyyat nəticəsində İsrail ordusunda itki olmayıb.
















