• Bakı 13° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Açiq tipli tapşırıqlar bacarıq və vərdişləri yoxlamağa imkan verir

CƏMİYYƏT

08 Aprel 2025 | 11:38

Açiq tipli tapşırıqlar bacarıq və vərdişləri yoxlamağa imkan verir

Açiq tipli (yazi isi) tapşırıqlar geniş spektrli bacarıq və vərdişləri yoxlamağa imkan verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

Onun sözlərinə görə, yazı işi tapşırıqlarının istifadə edilməsi şagirdlərdə müxtəlif bacarıqların, əsaslandırma, mühakimə, müqayisəetmə və s. inkişafına müsbət təsir göstərir.

Bildirib ki, qiymətlandirmə meyarlarında 0 va 1 (tam) baldan başqa aralıq ballarla (yarım bal və s.) qiymətləndirilən halların da nəzərə alınması şagirdlərin tam olmayan, amma müəyyən qədər yerinə yetirdikləri bacarıqlarının hədər getməməsini və qiymətləndirilməsinə imkan verir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 Aprel 2025