• Bakı 18° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Çaylarda sululuq artıb

CƏMİYYƏT

08 May 2025 | 10:21

Çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 8-i saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 28 sm, Qarasuçayda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçay-Vəngdə 3 sm, Kür çayının aşağı axınında Kür-Surrada 50 sm, Kür-Zərdab, Kür-Salyanda 20 sm, Kür-Şirvanda 42 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 48 sm, Araz çayının yuxarı axımında isə 10 sm artım qeydə alınıb.

Transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 294 m3/san olmaqla normanın 148%-ni təşkil edir.


SON XƏBƏRLƏR