• Bakı 29° C

    8.06 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Eldar Əzizov: Azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır

CƏMİYYƏT

08 May 2025 | 10:00

Eldar Əzizov: Azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır

İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında hiss olunur:

"İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır. Ora ilə yanaşı paytaxtda və digər regionlarda inkişaf aparılır. İslahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir.

Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri müqayisədə xeyli irəliləyik. Balaca ölkə olsaq da, bizim sözümüz keçir".


SON XƏBƏRLƏR

17 Avqust 2025