• Bakı 22° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Yun, yoxsa ortopedik döşəklər? - Mütəxəssis AÇIQLADI 

CƏMİYYƏT

16 Oktyabr 2023 | 10:13

Yun, yoxsa ortopedik döşəklər? - Mütəxəssis AÇIQLADI

Kənd yerlərində hələ də qoyun yunundan, qaz, toyuq tükündən hazırlanan yorğan-döşəklərə rast gəlirik. Amma qız-gəlinlər cehiz apararkən matras materialında olan yorğan-döşəklərə üstünlük verirlər. Beləliklə də yundan hazırlanan yorğan-döşəklərə tələbat azalmış olur.

Bəziləri yundan hazırlanan yorğan-döşəyin, əksəriyyət isə ortopedik döşəklərin sağlamlğa faydalı olduğunu bildirir. Bəs hansına -yun döşəklərə, yoxsa matrasa üstünlük verək?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan reflexsoterapevt, nevroloq Məftun Adilli bildirib ki, insanlar əvvəl matraslar olmadığı üçün məcburən yun döşəkdən istifadə edib.

"Bildiyimiz kimi, əvvələr ortopedik döşəklər, yastıqlar, ayaqqabılar, orqanizmə yaxşı mənada təsir göstərən müxtəlif məmulatlar yox idi. Bu səbəbdən məcburən yun yorğan-döşəkdən istifadə edilirdi. Məsələn, o vaxt deyirdilər ki, dəvə yunu ağrıları azaldır və yaxud da oynaq ağrılarına, bel ağrılarına kömək edir. Bəli, bu doğrudur. Əslində tükdə çox böyük kompenentlər yoxdur.  Sadəcə dəvə yununun istilik vermə dərəcəsi çoxdur. Bunun nəticəsində istilik ağrı olan nahiyəyə çatanda ağrılar azalır",-deyə o bildirib. 

Müsahibimizin fikrincə, hazırda istifadə etdiyimiz ortopedik əşyalar üzərində yatmaq bədənin konfiqurasiyasına uyğun olur.

"Keçmişdə yun üzərində uzananda bədən yuna nisbətən forma alırdısa, bel-boyun fəqərələrində problem yaranırdısa, ortopedik döşəklər isə bizim orqanizmimizə təsir edir və əyilməyə qoymur. Həm yatmaqda, həm nəfəs almaqda fəqərələrin düz qalması halı müşahidə edilir. İstifadə edilən ortopedik döşəklər, yastıqlar yun materialda olan əşyalara nisbətən bizə daha yaxşı təsir göstərir və effekt verir",-deyə M. Adilli qeyd edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026