• Bakı 18° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Adil Karaismailoğlu: “Dayanıqlı mənzillərin qurulması və sosial mühitin gücləndirilməsi əsas hədəfdir”

WUF13

19 May 2026 | 17:05

Adil Karaismailoğlu: “Dayanıqlı mənzillərin qurulması və sosial mühitin gücləndirilməsi əsas hədəfdir”

Türkiyənin sabiq nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu çıxışında vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasının yerli idarəetmələrin başlıca vəzifələrindən biri olduğunu bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, insanların gündəlik həyatını rahat şəkildə davam etdirməsi, onların rifahının və yaşam səviyyəsinin yüksəldilməsi dövlət qurumlarının fəaliyyətində xüsusi önəm daşıyır.

Nazirin vurğuladığına görə, mənzil tikintisi yalnız yaşayış sahələrinin artırılması demək deyil. Bu ərazilərdə təhsil müəssisələri, ibadət yerləri, istirahət parkları, həmçinin su təchizatı, tullantı sularının idarə olunması və ətraf mühitin qorunması kimi mühüm məsələlər də yerli idarəetmələrin cavabdeh olduğu sahələrdir.

O bildirib ki, müasir dövrdə ən vacib məsələlərdən biri dayanıqlı və təhlükəsiz mənzillərin inşa edilməsidir:
“Şəhərsalma proseslərində həm yaşayış binalarının möhkəmliyi, həm də ətrafında insanların ehtiyacına uyğun sosial imkanların yaradılması diqqət mərkəzində olmalıdır. Həm vətəndaşlarımızı qoruyan, həm də onların rahatlığını təmin edən yaşayış mühiti formalaşdırmaq əsas məqsədimizdir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR