• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AFFA hakimin döyüldüyü oyunla bağlı qərarları açıqladı

İDMAN

28 Aprel 2022 | 16:05

AFFA hakimin döyüldüyü oyunla bağlı qərarları açıqladı

AFFA İntizam Komitəsi "Cəbrayıl" və "Energetik" komandaları arasında 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Bakıvaxtı.az həmin qərarları təqdim edir.

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda “Cəbrayıl” komandasının 4 nömrəli futbolçusu Nurlan Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda “Energetik” komandasının rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır (maddə 41.4).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının 95 nömrəli futbolçusu Elvin Əlizadə hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının 77 nömrəli futbolçusu Allahverdi Allahverdiyev hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının cəzası davam edən futbolçusu Orxan Əlibabayev hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyun cəzalanır (maddə 37.8).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Energetik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026