• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın sabiq hücumçusu Ukraynada müharibədə yaralandı

İDMAN

27 May 2022 | 09:28

“Qarabağ”ın sabiq hücumçusu Ukraynada müharibədə yaralandı

“Qarabağ”ın sabiq futbolçusu Aleksandr Voskoboynik  Rusiya-Ukrayna müharibəsində yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı teleşərhçi Aleksey Andronov məlumat verib.

Onun sözlərinə görə, 46 yaşlı veteran futbolçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.

İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilir.

Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə Ağdam klubunda çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026