• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Mançester Yunayted" tarixinin ən yaxşıları - Ronaldo yoxdur

İDMAN

25 Iyun 2022 | 16:03 | Müəllif: Subhan Mahmudov

"Mançester Yunayted" tarixinin ən yaxşıları - Ronaldo yoxdur

“FourFourTwo” nəşri "Mançester Yunayted" tarixinin ən yaxşı futbolçularının siyahısını hazırlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, "10-luq"da 2003-2009-cu illərdə bu komandada oynayan və ötən il yenidən "qırmızı şeytanlar"a qayıdan Kriştiano Ronaldonun adı yoxdur. O, Premyer Liqa təmsilçisində ümumilikdə 330 oyunda 142 qolla və 71 qol ötürməsi ilə yadda qalsa da, sıralamada yalnız 12-ci yeri tutub.

Siyahıya Rayan Giqqz başçılıq edir. Robbi Çarlton 2-ci, Georgi Best isə 3-cüdür.

"10-luq" aşağıdakı kimidir:

1. Rayan Giqqz.
2. Bobbi Çarlton.
3. Georgi Best.
4. Brayan Robson.
5. Erik Kantona.
6. Denis Lau.
7. Dunkan Eduards.
8. Peter Şmaxel.
9. Ueyn Runi.
10. Paul Skoulz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR