• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlandı

İDMAN

24 Iyul 2022 | 13:50 | Müəllif: Qalib İbrahimoğlu

"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sürix”lə üz-üzə gələcək “Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, “köhlən atlar” iyulun 25-də İsveçrəyə yollanacaq.

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026