• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Məhəmməd Əlinin nəvəsi nokautla növbəti qələbəsini qazandı

İDMAN

22 Avqust 2022 | 17:58 | Müəllif: Subhan Mahmudov

Məhəmməd Əlinin nəvəsi nokautla növbəti qələbəsini qazandı

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Əli Niko Əli Uolş ardıcıl 6-cı döyüşündən qalib ayrılıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu dəfə Reyes Sançeslə qarşılaşmanın 2-ci raundunda bədən gövdəsinə sərt zərbələrdən sonra nokaut qeydə alınıb.

ABŞ-ın San Dieqo şəhərindəki "Pechanga Arena"da təşkil olunmuş qarşılaşmanın ardından Uolş deyib: "Özümü mükəmməl hiss edirəm. Bu, xüsusi qələbədir, çünki revanş döyüşü idi. Ağır iş sayəsində göstərdim ki, yeni qalib özüməm. Hər bir qalibiyyətimin arxasında məşqçilərim və promouter Bob Arum kimi dahilər durur".

Qeyd edək ki, Əli Niko Əli Uolş peşəkar rinqdə təqribən bir il əvvəl babasının məşhurlaşdığı ağ "Everlast" şortları ilə debüt edib. İndiyədək o, 5-i nokautla, 1-i isə hakimlərin qərarı ilə olmaqla, 6 qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026