• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünya Seriyasında bu güləşçilərimiz iştirak edəcək

İDMAN

27 May 2022 | 00:03 | Müəllif: Subhan Mahmudov

Dünya Seriyasında bu güləşçilərimiz iştirak edəcək

Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının Türkiyənin Sarıgərmə qəsəbəsində keçiriləcək Dünya Seriyasının ilk mərhələsi üçün heyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 28-29 mayda təşkil olunacaq yarışda 4 çəki dərəcəsi üzrə 5 idmançı mübarizə aparacaq. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) qüvvəsini sınayacaq.

Reqlamentə əsasən, iştirakçılar əvvəlcə qrup mərhələsində yarışacaqlar. Daha sonra yarımfinal və final görüşləri olacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qeyd edək ki, Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026