ABŞ prezidenti Co Bayden vəzifəsindən getməzdən bir gün əvvəl qüvvəyə minməli olan "TikTok"un bloklanması üçün tədbirlər görməyəcək.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.
Məlumata əsasən, sosial şəbəkənin taleyini Donald Tramp administrasiyası həll edəcək.
''Nəzərə alsaq ki, həmin qadağa andiçmə mərasiminə bir gün qalmış qüvvəyə minəcəkdi. Qərar növbəti administrasiya tərəfindən veriləcək", məlumatda vurğulanıb.
Gülşən Şərif