• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ Belarusla böyük sövdələşməyə hazırlaşır

DÜNYA

16 Fevral 2025 | 14:35 | Müəllif: Subhan Mahmudov

ABŞ Belarusla böyük sövdələşməyə hazırlaşır

ABŞ və Belarus tezliklə sanksiyaların yumşaldılmasına imkan verəcək böyük sövdələşmə bağlaya bilər.

Bakıvaxtı.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzetində dərc olunan məqalədə deyilib.

Qeyd edilib ki, bundan əvvəl ABŞ dövlət katibinin köməkçisinin müavini Kristofer Smit Minskə səfər edib, Belarus Prezidenti Aleksandr Lukaşenko, eləcə də bu ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertellə görüşmüşüb.

Qəzet iddia edir ki, görüşdə Belarusda məhkum olunmuş amerikalıların ABŞ-a qaytarılması məsələsi müzakirə olunub, bunun müqabilində Vaşinqton bəzi sanksiyaları yumşalda bilər.

ABŞ Prezidenti Donald Trampın administrasiyası məsələ ilə bağlı şərh verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026