• Bakı 12° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir

DÜNYA

18 Mart 2025 | 14:17

Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir

Yeni Konstitusiya sülhə və Ermənistanın təhlükəsizliyinə töhfə verməlidir.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın "regional əhəmiyyətə" malik olmalı olduğu barədə bəyanatını şərh edən S.Qalyan bildirib ki, söhbət sülhün təmin edilməsinə yönəlmiş sənəddən gedir: "Biz elə hərəkət etməliyik ki, ölkəmizdə sülh və təhlükəsiz mühit bərqərar olsun".

Bununla yanaşı, nazirin sözlərinə görə, hazırkı Konstitusiya sülh nizamlanmasına, o cümlədən Azərbaycanla sülh sazişinə mane olmur.

S.Qalyan layihə üzərində işin təfərrüatlarını açıqlamayıb, dəyişikliklərin hazırlanma mərhələsində olduğunu və müəyyən mərhələdə ictimaiyyətə təqdim ediləcəyini qeyd edib. O vurğulayıb ki, sülhün təmin edilməsi təkcə Konstitusiyanın yenidən nəzərdən keçirilməsindən deyil, həm də digər qanunlardan, hüquqi aktlardan və hökumətin işindən asılıdır.


SON XƏBƏRLƏR