• Bakı 17° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Səfirlik Hindistan vətəndaşlarına müraciət etdi

CƏMİYYƏT

08 May 2025 | 15:32

Səfirlik Hindistan vətəndaşlarına müraciət etdi

Hindistan və Azərbaycan arasında aviareyslərin cədvəlində yaranan ləngimə və ya dəyişikliklərlə əlaqədar olaraq, Hindistanın Bakıdakı səfirliyi Hindistandan Azərbaycana və əks istiqamətdə səfər edən hindistanlı sərnişinlərə operativ və düzgün məlumat vermək məqsədilə fəal şəkildə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyi “X” platformasındakı paylaşımında bildirib.

    Qeyd edilib ki, səfirlik mövcud vəziyyəti yaxından izləməyə davam edəcək və Hindistan vətəndaşlarına ehtiyac duyulan bütün hallarda lazımi dəstəyi göstərmək öhdəliyini davam etdirəcək.

    Səfirlik telefon, e-poçt, sosial media və birbaşa müraciətlər vasitəsilə Hindistan vətəndaşlarına dəstək göstərir.


    SON XƏBƏRLƏR