• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Müəllim valideynlərdən zinət əşyası tələb edib? - RƏSMİ AÇIQLAMA + VİDEO

CƏMİYYƏT

07 Iyun 2025 | 12:18 | Müəllif: Subhan Mahmudov

Müəllim valideynlərdən zinət əşyası tələb edib? - RƏSMİ AÇIQLAMA + VİDEO

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin rayonun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə işləyən Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Videoda sıraya düzülən qadınlardan biri müəllimənin barmağına qızıl üzük taxır.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026