Türkiyə Milli Müdafiə Nazirliyi NATO tarixində ilk dəfə türk generalın NATO Beynəlxalq Hərbi Qərargahında direktor olaraq vəzifə tutacağını açıqlayıb.
Bakıvaxtı.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Məlumata görə, NATO Beynəlxalq Hərbi Qərargahında Əməkdaşlıq və Təhlükəsizlik direktoru vəzifəsinə briqada generalı Eray Ündüger seçilib.
"Ölkəmiz NATO-nun güclü və etibarlı bir müttəfiqi olaraq, ittifaqın sülh və təhlükəsizliyinə mühüm töhfələr verir", - deyə nazirlikdəki mənbə bildirib.