• Bakı 19° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Çindəki yeni virus qlobal epidemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ

DÜNYA

07 Iyun 2025 | 13:22 | Müəllif: Subhan Mahmudov

Çindəki yeni virus qlobal epidemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ

Çində aşkar edilən yeni növ koronavirusla bağlı xəbərdarlıq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, fevral ayında Çində aşkarlanan və “HKU5-CoV-2” adlanan yeni virus kiçik mutasiya ilə insanlara yoluxa və yenidən qlobal epidemiyaya səbəb ola bilər.

Məlumata görə, yeni virus milyonlarla insanın ölümünə səbəb olan COVID19-dan daha çox heyvan növünə yoluxma potensialına malikdir və növlərarası sıçrayış riski daha yüksəkdir. Belə ki, “HKU5-CoV-2” həm tənəffüs yollarında, həm də bağırsaqlarda yoluxub çoxala bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026