ABŞ prezidenti Donald Tramp qalmaqallı mübahisədən sonra İlon Maskın bütün dövlət müqavilələrini yoxlamağa söz verib və milyarderin dostlarını vəzifələrindən uzaqlaşdırmağa başlayıb.
Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Keçmiş müttəfiqlər arasında mübahisə daha dərinləşərkən, milyarderin atası gözlənilmədən Rusiyaya gedib.
"Trampın hələlik milyarderlə ünsiyyət qurmaq fikri yoxdur. Maska gəlincə, o, açıq-aydın biznes məsələləri ilə maraqlanır. "Tesla" bu münaqişədən sonra 150 milyard dollardan çox itirib", - KİV yazıb.