• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

İbrahim Kalın sabah Bağdada gedəcək

DÜNYA

07 Iyul 2025 | 14:50

İbrahim Kalın sabah Bağdada gedəcək

Türkiyədə PKK terror təşkilatının özünü ləğv etməsindən sonra Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iyulun 8-i Bağdada gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Qeyd olunur ki, PKK-nın yaxın günlərdə silahı yerə qoyacağı gözlənilir. İ. Kalın isə tərksilah prosesini koordinasiya etmək üçün Türkiyə ilə İraq arasında əlaqə qurur.

Xatırladaq ki, bu ilin fevralın sonlarında PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırışedib. PKK/PYD terror təşkilatının lideri Salih Müslim isə “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, - deyə bildirib.

Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb.

PKK may ayında özünü ləğv etdiyini açıqlayaraqTürkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.


SON XƏBƏRLƏR