• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Zelenski “Hörümçək toru” əməliyyatından DANIŞDI

DÜNYA

07 Iyun 2025 | 13:15

Zelenski “Hörümçək toru” əməliyyatından DANIŞDI

Ukrayna Prezidenti Vladimir Zelenski “Hörümçək toru” əməliyyatını şərh edərkən bildirib ki, bu əməliyyat zamanı yalnız Ukrayna istehsalı olan silahlardan istifadə olunub və müttəfiqlərin anbarlarından heç bir avadanlıq cəlb edilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski “ABC Nyus”a müsahibəsində deyib.

“Mən yalnız özümüzün istehsal etdiyimiz vasitələrdən istifadə olunmasını çox istədim. Bu məsələdə tam dəqiqlik qorunurdu”, - Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, Rusiya daxilində mobil evləri və digər konteynerləri daşıyan sürücülər onların içində dronların olduğunu bilməyiblər.

Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilən “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın dörd aerodromunda strateji bombardmançı təyyarələr vurulub. UTX rəhbəri Vasili Malyuk bildirib ki, bu əməliyyat zamanı Rusiyanın əsas aerodromlarında yerləşən qanadlı raket daşıyıcılarının 34 faizi sıradan çıxarılıb./axar.az


SON XƏBƏRLƏR