• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Putin sovet xalqlarının nümayəndələrini təbrik etdi

DÜNYA

08 May 2025 | 15:26

Putin sovet xalqlarının nümayəndələrini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə Günü münasibətilə bəzi keçmiş sovet ölkələrinin rəhbərlərinə, Gürcüstan və Moldova xalqına təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kremldən verilən məlumata görə, Putin Sovet İttifaqının İkinci Dünya Müharibəsində Hitler Almaniyasını məğlub etməsinin 80-ci ildönümü münasibətilə bəzi xarici ölkələrin liderlərini və vətəndaşlarını təbrik edib. 

Putin müraciətində vurğulayıb ki, o, nasist işğalçılarına qarşı çiyin-çiyinə cəsarətlə döyüşən, cəbhənin arxasında fədakarlıqla çalışan əcdadlarının şərəfli nailiyyətlərini və böyük fədakarlıqlarını müqəddəs şəkildə yad edir. 

Ümumi tarixi təhrif etmək, ağlamaq və ya insanlara nasistlərin vəhşiliyini unutdurmaq cəhdlərinə qarşı durmaq lazım olduğunu deyən Putin Böyük Vətən Müharibəsi veteranlarına minnətdarlığını bildirib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR