• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

AYNA: "Qırmızı Körpü” gömrük postunda 500 avtomobil gözləyir"

CƏMİYYƏT

08 May 2025 | 17:28

AYNA: "Qırmızı Körpü” gömrük postunda 500 avtomobil gözləyir"

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 500 avtomobil gözləyir.

Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 87, Biləsuvar gömrük postunda 155, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 52 yük maşını var.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026