Fransa və İtaliya Avropa İttifaqından Ukraynaya 40 milyard avro maliyyə yardımı ayırmağı dayandırır.
Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bəzi ölkələr, o cümlədən Fransa və İtaliya, yardımın ayrılması ilə bağlı vaxt istəyiblər.
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, Avropa İttifaqının Ukraynaya 40 milyard avroya qədər yardım göstərməsi planı İtaliyada suallar doğurur və bu, ölkənin Müdafiə Nazirliyi ilə birlikdə qiymətləndiriləcək.
Gülşən Şərif