Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov Parisə gəliblər.
Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, səfər çərçivəsində "Arzuedənlər koalisiyası"na daxil olan və təhlükəsizliyi təmin etmək iqtidarında olan dövlətlərin, xüsusilə Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlər planlaşdırılıb.
Bundan başqa, hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşlər nəzərdə tutulub.
"Ukrayna və bütün Avropanın təhlükəsizliyi üçün vacib məsələlər üzərində işləyirik", - A.Yermak əlavə edib.