• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Təyyarədə dovşan həyəcanı: Təcili eniş edildi

DÜNYA

17 Aprel 2025 | 11:03

Təyyarədə dovşan həyəcanı: Təcili eniş edildi

ABŞ-də Denver-Edmonton reysini həyata keçirən sərnişin təyyarəsinin mühərrikinə dovşan girib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, hadisə United Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsinin Denverdən havaya qalxdıqdan qısa müddət sonra baş verib.

Təyyarənin sağ qanadında yerləşən mühərriklərdən biri alovlanıb. Pilot dərhal təcili vəziyyət siqnalı verərək sağ tərəfdəki mühərriki söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib.

Təyyarədə olan 159 sərnişin və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Pilotun dispetçer qülləsi ilə danışıqları zamanı ikinci mühərrikə dovşan girdiyini bildirdiyi qeyd olunub. Mütəxəssislər dovşanın təyyarənin qalxışı zamanı mühərrikə girdiyini ehtimal edirlər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025