İsrailin bu gün səhər saatlarında Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS hərəkatının beş lideri, o cümlədən Siyasi Büronun iki üzvü öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatdakı mənbə məlumat verib.
“İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 lideri, o cümlədən hərəkatın Siyasi Bürosunun iki üzvü - İssam əd-Daalis və Əbu Ubeydə əl-Cəmasi və Qəzzadakı daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa öldürülüb”, - mənbə bildirib.
***
12:11
Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.
Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.
HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.