Cənubi Koreya pilotsuz uçuş aparatlarını kilometrlərlə uzaqdan aşkarlaya bilən radar texnologiyasını sınaqdan keçirib.
Bakıvaxtı.az Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Müdafiə İnkişafı Agentliyi süni intellektə əsaslanan fotonik radar texnologiyasını sınaqdan keçirib.
Sınaq nəticəsində radar texnologiyasının bir neçə kilometr aralıda yerləşən kiçik PUA-ları uğurla aşkarladığı bildirilib.
Sınağın dəqiq məsafəsi və pilotsuz təyyarənin ölçüləri kimi detallar hərbi təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.
Əli Hüseynov