• Bakı 12° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Ukraynanın dövlət kimi mövcudluğu sual altına düşə bilər:  Zelenski Trampa birbaşa "yox" deyə bilmir

DÜNYA

18 Mart 2025 | 14:21

Ukraynanın dövlət kimi mövcudluğu sual altına düşə bilər:  Zelenski Trampa birbaşa yox deyə bilmir

“Rusiya və Ukrayna gözlənilən atəşkəs razılaşmasına qədər maksimum səviyyədə çalışırlar ki, öz mövqelərini gücləndirsinlər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Rusiya düşünür ki, nə qədər çox ərazi ələ keçirərsə, atəşkəs və ya sülh razılaşmasında hər tərəf öz yerində qalacaq:

"Bu da Ukraynanın daha çox ərazisinin Rusiyada qalması və daha çox parçalanması deməkdir. Nəticədə infrastrukturları parçalanmış, dağılmış Ukrayna dövlətçiliyi inkişaf edə, ayaqda dura bilməsin. Mövcudluğu sual altına düşmüş Ukrayna Rusiyanın təsiri və nəzarəti altında qalacaq”.

Ekspertə görə, Kreml rəhbəri bunu Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyətdən getmə səbəblərindən biri kimi görür. Yəni Ukrayna danışıq masasında da uduzsa, Zelenskinin hakimiyyətdən gedişi sürətlənər:

"Zelenski ona görə də indiki şəraitdə sülh razılaşması istəmir. Müvəqqəti də olsa ərazi itkiləri ilə nəticələnəcək hansısa sənədə imza atmaq Zelenskinin siyasi karyerasını bitirməklə yanaşı, həm də Ukraynanı çox zəif mövqeyə salacaq və ərazisinin 20 faizini itirəcək. Gələcəkdə Ukraynanın öz torpaq bütünlüyünü əldə etməsi çətinləşəcək, dövlət kimi mövcudluğu sual altına düşəcək".

Turab Rzayev: Ukrayna danışıq masasında da uduzsa, Zelenskinin hakimiyyətdən gedişi sürətlənər

Həmsöhbətimiz vurğulayıb ki, haqlı olaraq ictimaiyyətdə suallar yaranacaq ki, əgər sonda sülh olacaqdısa, niyə Zelenski manevr edərək müharibədən qaçmadı?

"Aydındır ki, atəşkəs təklifinə razılıq verən Zelenski Trampa birbaşa "yox" deyə bilmir. Çünki Trampla qarşıdırma ona çox baha başa gəldi. Ukrayna ABŞ-nin maliyyə yardımından çox asılıdır. Hətta Zelenski Trampa üzrxahlıq məktubu göndərməyə belə məcbur qaldı”.

Politoloq qeyd edib ki, cəbhədə Rusiyaya cavab verməyə gücü çatmayan Zelenski PUA-larla və s. vasitələrlə strateji obyektləri hədəf alaraq mövqeyini nisbətən gücləndirməyə çalışır:

“Elə Kurska da ona görə hücum edilmişdi. Ancaq nəzərə almaq lazımdır ki, Trampın hər iki tərəfə təzyiq alətləri var".

Aydın Baxış


SON XƏBƏRLƏR