• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna ordusu Pesçanoyeni AZAD ETDİ

DÜNYA

16 Fevral 2025 | 14:59 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu Pesçanoyeni AZAD ETDİ

Ukrayna ordusu rus hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığındakı Pesçanoye yaşayış məntəqəsindən çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qruplaşmasının zabiti Viktor Trequbov məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə uzun müddətdir döyüşlər gedirdi və kənd əldən-ələ keçdiyindən “boz zona” hesab olunurdu.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 13-də verdiyi məlumatda Donetsk vilayətinin Pesçanoye yaşayış məntəqəsinin ələ keçirildiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026