"Avropa NATO ölkələrindən olan sülhməramlıları müvafiq razılaşmalar əsasında Ukraynada yerləşdirilsələr, atəşkəs razılaşmasını qoruyan bitərəf rolunu oynaya bilməyəcəklər".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu fikri Norveçin xarici işlər naziri Espen Bart Eide deyib.
Ukrayna münaqişəsi ilə bağlı Rusiya və ABŞ arasında hazırkı danışıqlar prosesini şərh edən nazir bildirib ki, tərəflərin atəşkəs rejiminin yaradılması ilə bağlı razılığa gələ biləcəyinə ümid edir.
"Ukrayna ən azı danışıqlar prosesində iştirak etməlidir. Onun avropalı müttəfiqləri hazırda nizamlanmaya töhfə vermək və Avropada təhlükəsizliyin gələcəyi ilə bağlı substantiv danışıqların təşkili üçün fəal addımlar atırlar. Avropanın iştirakı müsbət təsir göstərə bilər və hazırda sülhməramlıların prosesdə iştirak etməsi üçün imkanlar açılır", - deyə Eide qeyd edib.
Gülşən Şərif