• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Süni intellekt əsaslı radar texnologiyası sınaqdan keçirilir

DÜNYA

17 Aprel 2025 | 14:15

Süni intellekt əsaslı radar texnologiyası sınaqdan keçirilir

Cənubi Koreya pilotsuz uçuş aparatlarını (PUA) kilometrlərlə uzaq məsafədən aşkar edə bilən yeni radar texnologiyasını sınaqdan keçirib.

Bakıvaxtı.az bu barədə Yonhap agentliyinə istinadla xəbər verir ki, ölkənin Müdafiə İnkişaf Agentliyi süni intellekt əsaslı fotonik radar texnologiyasını test edib.

Sınaq zamanı bu texnologiyanın bir neçə kilometr məsafədə olan kiçik ölçülü PUA-ları uğurla müəyyənləşdirdiyi bildirilib.

Lakin hərbi təhlükəsizlik səbəbilə testin dəqiq məsafəsi və istifadə olunan PUA-nın ölçüləri kimi detallı məlumatlar ictimaiyyətə açıqlanmayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025