• Bakı 18° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Ağ zolağın qara yazısı: Piyada keçidində piyada vurulmaları artır

CƏMİYYƏT

20 May 2025 | 16:45

Ağ zolağın qara yazısı: Piyada keçidində piyada vurulmaları artır

Şəhərdə piyada olmaq bəzən elə bil həyatda qalmaq uğrunda mübarizəyə çevrilir. Hər gün xəbərlərdə eşidirik - "Piyada keçidində maşın vurdu", "Yaşlı qadın yolu keçərkən qəza baş verdi". Piyadalar piyada keçidində həyatını itirirsə, deməli nəsə düz getmir.

Bəs bu durumda sual yaranır: piyada həmişə haqlıdırmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu mövzu yol hərəkəti təhlükəsizliyinə birbaşa bağlıdır və müasir şəhərlərin iyerarxiyasında ən üst pillədə piyada dayanır:

"Yəni şəhər piyadaya daha rahat şəkildə qurulmalıdır. Şəhər daxilindən söhbət gedirsə, burada eyni səviyyəli, svetoforla nizamlanan iki zolaqdan artıq küçə və prospektlərimizdə təhlükəsizlik adacığı və kontrast işıqlandırma ilə təmin olunmuş keçidlər olmalıdır. Uşaq, əlil arabaları, yükü olanlar nəzərə alınmalıdır".

Onun sözlərinə görə, əgər sürətli yol yaşayış ərazisinə yaxın keçirsə, tikililər yerüstü və yeraltı keçidlərdə baryersiz olmalıdır:

"Mərkəzi Parkda, Dədə Qorqud parkında qurulan keçidlər baryersiz, pilləsiz təmin olunub. Bunları şəhər ətrafındakı sürətli yollara da tətbiq etmək lazımdır".

Rauf Ağamirzəyev: Piyada təhlükəsizliyinin təmini yalnız fiziki infrastrukturun qurulması ilə bitmir

Ekspert qeyd edib ki, şəhər daxilində piyada səkilərinə də diqqət artırılmalıdır. Dediyinə görə, çünki ən uzun və qısa küçələrimizdə davamlı, baryersiz, problemsiz bir səkimiz yoxdur. Bu da piyadalarda fərqli davranışlar formalaşdırır. Piyada yolun bir tərəfindən digər tərəfinə keçmək üçün uzun məsafələr qət etməməlidir.

R.Ağamirzəyev vurğulayıb ki, piyada təhlükəsizliyinin təmin olunması yalnız fiziki infrastrukturun qurulması ilə bitmir:

"Burada eyni zamanda maarifləndirmə və davranış qaydalarının formalaşdırılması da vacib rol oynayır. Sürücülərin piyadalara hörmətlə yanaşması, piyadaların da öz hüquq və vəzifələrini bilməsi üçün təbliğat işləri gücləndirilməlidir. Bütün bunlar şəhərdə təhlükəsiz, əlçatan və inklüziv bir hərəkət mühiti yaratmağa imkan verər".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR