• Bakı 23° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Azərbaycana buğda idxalı 55 %-dən çox artıb

CƏMİYYƏT

19 Iyun 2025 | 14:20

Azərbaycana buğda idxalı 55 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 510 min 430 ton buğda idxal edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 110 milyon 435 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 181 min 888 ton (55,3 %), dəyər baxımından isə 37 milyon 759 min ABŞ dolları (51,9 %) çoxdur.

Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,1 %-ini təşkil edib.


SON XƏBƏRLƏR