• Bakı 31° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Cərimələrə güzəşt olunacaq - Prezident təsdiqlədi

CƏMİYYƏT

19 Iyul 2025 | 12:12

Cərimələrə güzəşt olunacaq - Prezident təsdiqlədi

İnzibati xətalara görə cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə Məcəlləyə əlavə edilən 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Qeyd edək ki, dəyişiklikdən əvvəl inzibati cəriməni 5 günə ödəyənlər məbləğin 10%-dən azad edilirdi. Bu müddət uzadılaraq 10 günə qaldırılıb.


SON XƏBƏRLƏR

18 Iyul 2025