• Bakı 27° C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Məcəlləyə xüsusi maddə əlavə olunsun - Şəhid qardaşının TƏKLİFİ VAR

CƏMİYYƏT

18 Avqust 2025 | 12:11

Məcəlləyə xüsusi maddə əlavə olunsun - Şəhid qardaşının TƏKLİFİ VAR

Xəbər verdiyimiz kim, Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.

İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq Bakı polisi tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.

Bu olay qanunvericiliklə şəhidlərin şərəf və ləyaqətinin qorunması məsələsini gündəmə gətirib.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Bakıvaxtı.az-a bildirib ki, Ali Baş Komandan və Birinci vitse-prezidentin şəhid ailələrinə daim qayğısı olsa da, şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur. Onun fikrincə, .əhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir:

“Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir”.

E.İslamoğlu bütün şəhid ailələrinin adından Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilməsini təkif edir.

Murad Məmmədli


SON XƏBƏRLƏR

17 Avqust 2025