• Bakı 26° C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Yol polisindən sürücülərə MÜRACİƏT

CƏMİYYƏT

18 Avqust 2025 | 10:08

Yol polisindən sürücülərə MÜRACİƏT

"Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

    Müraciətdə deyilir ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr aşağıdakılardır:

    1. Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

    2. Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir.

    3. Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

    "Bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir", - müraciətdə vurğulanıb.


    SON XƏBƏRLƏR

    17 Avqust 2025